Əminağa Quliyev: "Səhvlərimdən nəticə çıxararaq, qızıl medal qazandım" - Video

Karate, Eksklüziv, Video
05 Sentyabr 2022 - 07:29
Supersport.Az Bakıda Karate1 Premyer Liqa yarışının qalibi olan Əminağa Quliyevdən müsahibə alıb. İdmançımız 60 kq çəkidə finalda misirli Karim Abueitaya qalib gələrək qızıl medal qazanıb.

Qalib karateçi Əminağa Quliyev əvvəllər məğlub olsa da, həvəsdən düşmədiyini səhvlərindən nəticə çıxardığını, axır ki, birinci yeri tutduğunu bildirib. Allaha şükür edən idmançı qələbəsini şəxsi məşqçisi Elnur Həsənova həsr etdiyini söyləyib.
Çempion karateçi milli federasiya tərəfindən 3 min manat vəd olunduğunu deyib.