“Qarabağ”ın “Ferentsvaroş”u Çempionlar Liqasından kənarlaşdırması Macarıstan klubunun rəhbərliyini, azarkeşlərini narazı salıb.
Supersport.Az-ın xarici mətbuata istinadən məlumatına görə, Budapeşt təmsilçisinin baş məşqçisi Stanislav Çerçesovun istefaya göndərilməsi məsələsi gündəmə gəlib.
“Ferentsvaroş” Avropa Liqasının pley-off mərhələsində İrlandiyanın “Şemrok Rovers” klubunu mübarizədən kənarlaşdıra bilməsə, rusiyalı çalışdırıcının qovulması labüd olacaq.