Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Supersport.Az xəbər verir ki, “Qarabağ” Macarıstanda “Ferentsvaroş”la qarşılaşıb. Matç Azərbaycan çempionunun inamlı qələbəsi ilə başa çatıb. Bununla Ağdam klubu Çempionlar Liqasının pley-offuna vəsiqə qazanıb.
“Qarabağ” pley-offda “Viktoriya” (Çexiya) ilə qarşılaşacaq. Ağdam klubu ilk görüşünü evdə keçirəcək.
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq.
9 avqust. Çempionlar Liqası 3-cü təsnifat mərhələsinin cavab oyunu
22:00. “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” (Azərbaycan) – 1:3
Qollar: Abdullah Zubir, 7 (0:1), İbrahima Vadji, 54 (0:2), 78 (0:3), Traore, 86 (1:3)
İlk oyun – 1:1
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)