Fərid Qayıbov tövsiyə verdi

Fərid Qayıbov tövsiyə verdi
Digər, Boks
08 Avqust 2022 - 13:00

Supersport.Az-ın məlumatına görə, gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Boks Federasiyasının (ABF) fəaliyyəti ilə tanış olub. O, burada yaradılan şəraitlə maraqlanıb və Boks Mərkəzinə baxış keçirib.




ABF prezidenti Sahil Babayevlə birgə milli komandaların məşqini izləyən Fərid Qayıbov idmançılar və məşqçilərlə görüşüb, hazırlıq prosesləri ilə bağlı fikir mübadiləsi aparıb.


Boksçuların beynəlxalq yarışlara hazırlığı müzakirə edilib, yığma komandaların ölkə xaricində daha da inamlı çıxışı üçün tövsiyələr verilib.




Görüşdə ABF-in İdarə Heyətinin üzvləri və rəsmiləri iştirak ediblər.

Digər xəbərlər