“Neftçi” bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyuna çıxıb.
Supersport.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Bakıda Avstriyanın “Rapid” (Vyana) klubunu 2:1 hesabıyla məğlub edib.
Komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyun
4 avqust
21:00. “Neftçi” (Azərbaycan) – “Rapid” (Vyana, Avstriya) 2-1
Qollar: Ataa Caber, 44 (1:0), Kenni Sayef, 61 (2:0),Quido Burqstaller, 90+5 (2:1)
Hakimlər: Dario Bel, Maryan Tomas, Kristian Novosel, Tixomir Pein (hamısı Xorvatiya)
8-ci km stadionu.
Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Konyaspor” (Türkiyə) – “Vaduts” (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.