Azərbaycan Cüdo Federasiyasının prezidenti Naxçıvanda oldu

Azərbaycan Cüdo Federasiyasının prezidenti Naxçıvanda oldu
Digər, Cüdo
22 İyul 2022 - 15:55

21 iyul 2022-ci ildə Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Naxçıvan Muxtar Respublikasına səfər edib.

Supersport.Az-ın məlumatına görə, ACF-in prezidenti Naxçıvan Güləş Federasiyasının sədri Azər Zeynalovla görüşüb. Görüş zamanı cüdo idman növünün Naxçıvan Muxtar Respublikasında inkişaf etdirilməsi, kütləvləşdirilməsi, məşqçilərin peşəkar səviyyəsinin artırılması, həmçinin maddi texniki bazanın gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.



Daha sonra R. Nəbiyev Naxçıvanda İlham Əliyev adına Olimpiya İdman Kompleksində olub və idmançıların məşq prosesini izləyib. Məşqdən sonra idmançılar və məşqçilər ilə görüşən Federasiya prezidenti ölkəmizdə cüdonun daha da kütləviləşdirilməsi ilə uşaq, yeniyetmə və gənclərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişmələrinə dəstəyin göstərilməsinin Azərbaycan Cüdo Federasiyasının əsas məqsədlərindən biri olduğunu qeyd edib. O, Naxçıvanda cüdonun inkişafı üçün böyük potensial olduğunu vurğulayıb.



Görüş zamanı Naxçıvan cüdo ailəsi nümayəndələrinin bu idman növünün daha da inkişaf etdirilməsi ilə bağlı təklifləri dinlənilib, müvafiq tapşırıqlar verilib.



Azərbaycan Cüdo Federasiyası tərəfindən Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasına müasir tələblərə cavab verən 1 dəst tatami hədiyyə olunub.



Bir ayakta ve iç mekan görseli olabilir

Digər xəbərlər