Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün ikinci yoxlama oyununu keçirib.
Supersport.Az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda Türkiyə 1-ci Liqasında çıxış edən “Eyüpspor”la üz-üzə gəlib. Qarşılaşmada qol vurulamyıb.
Qeyd edək ki, “Zirə” ilk yoxlama matçında Rumıniyanın “Hermanştadt” klubuna 1:2 hesabı ilə uduzub.