“Neftçi” daha bir transferi reallaşdırıb.
Supersport.Az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, Azərbaycan komandası Gürcüstan millisinin müdafiəçisi Solomon Kvirkveliyanı heyətinə cəlb edib.
Paytaxt klubu hələ ki, futbolçuyla müqavilənin müddətini açıqlamayıb.
30 yaşlı müdafiəçi “Rubin”, “Nefteximik”, “Lokomotiv” (Moskva), “Rotort”, “Metallist”, “Qaqra” klublarında oynayıb.