Azərbaycanın üç naziri yarışda mübarizə apardı - Foto

Azərbaycanın üç naziri yarışda mübarizə apardı - Foto
Digər
03 İyul 2022 - 20:25
Supersport.Az-ın məlumatına görə, bu gün Nərəkənd parkının ərazisində "IronWind 70.3" turniri təşkil olunub.
Yarış "Triterra Baku" triatlon klubunun təşkilatçılığı, Azərbaycan Triatlon Federasiyası və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilib.

Turnirdə 90 iştirakçı 3 mərhələdə nın mübarizə aparıb. İdmançılar əvvəlcə 1,9 kilometr üzüblər, sonra 90 kilometr velosiped sürüblər və sonda isə 21,1 kilometr qaçiblar. Turnir həm fərdi həm də estafet formatında baş tutub.

Ukraynalı idmançı Daniil Sapunov birinci, "Triterra" klubunun baş məşqçisi Aleksandr Mordasov ikinci, qazaxıstanlı Aleksey Sidorenko isə üçüncü olublar.

Müxtəlif nominasiyalar və yaş kateqoriyaları üzrə qaliblər də müəyyən edilib.

Maraqlıdır ki, idman tariximizdə ilk dəfə olaraq, 3 dövlət məmuru - müdafiə sənayesi naziri Mədət Quliyev, yüksək texnologiyalar və nəqliyyat naziri Rəşad Nəbiyev, gənclər və idman naziri Fərid Qayıbov turnirdə yarışıblar.

Digər xəbərlər