“Neftçi” yeni mövsümün hazırlığını davam etdirir.
Supersport.Az-ın məlumatına görə, Türkiyəyə yollanaraq Bolu bölgəsində yerləşən komanda dünən təlim-məşq toplanışının ikinci mərhələsinə start verib. Səhər məşqində əsasən fiziki və toplu çalışmalar yerinə yetirilib. Hazırlıq axşam məşqi ilə davam edib.
Qeyd edək ki, “Neftçi” toplanış çərçivəsində 3 yoxlama matçı keçirməyi planlaşdırır. Oyunların günü və rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.