Güləşçilərimiz harda, zəfər orda
Digər
26 İyun 2022 - 00:01
Azərbaycanın sərbəst güləşçiləri İtaliyanın paytaxtı Romada keçirilən Matteo Pellikone turnirini 9 medalla başa vurublar.
Supersport.Az xəbər verir ki, mükafatlardan dördü qızıl, ikisi gümüş, üçü bürünc əyyarlı olub.
Baş mükafatları millimizin aktivinə Əliabbas Rzazadə (57 kq), Coşqun Əzimov (70 kq), Abubakr Abakarov (86 kq) və Osman Nurmaqomedov (92 kq) yazdırıb. Murad Yevloyev (70) kq), Turan Bayramov (74 kq) gümüş, Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) bürünc medala yiyələniblər.
Azərbaycan 159 xalla komanda hesabında 1-ci yeri tutub. Gürcüstan 145 xalla 2-ci, Türkiyə isə 114 xalla 3-cü pillədə qərarlaşıb.