Azərbaycan birinci pillədə

Azərbaycan birinci pillədə
Digər, Cüdo
23 İyun 2022 - 23:33
Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatının ilk günün görüşləri başa çatıb.

Supersport.Az xəbər verir ki, oğlanlar arasında -50 kq. çəki dərəcəsində Məhəmməd Məmişov təsəlliverici görüşdə ermənistanlı idmançı Qor Safaryan üzərində parlaq qələbə qazanaraq bürünc medalla yarışı başa vurub.

-55 kq. çəkidə Şahin Oruczadə finalda Serbiya təmsilçisi Matiya Yeremiklə gərgin keçən mübarizə nəticəsində qızıl medal qazanaraq çempionatın qalibi olub.

-60 kq. çəkidə Nizami İmranov final görüşündə macarıstanlı cüdoçu Adam Mayora qalib gələrək idmançılarımızın aktivinə ikinci qızıl medalı yazdırıb.

Qızlar arasında -48 kq. çəkidə yarışan idmançımız Aydan Vəliyeva isə çempionatın gümüş medalçısı olub.

İlk günün nəticəsinə əsasən cüdoçularımız çempionatda ümumi hesabda birinci yerdədir.

Digər xəbərlər