"Neftçi"nin yeni baş məşqçisinin qazancı

"Neftçi"nin yeni baş məşqçisinin qazancı
Futbol
22 İyun 2022 - 13:09
"Neftçi"nin yeni baş məşqçisi Laurensiu Regekampfun alacağı illik maaş bəlli olub.

Supersport.Az-ın Rumıniya mətbuatına istinadən məlumatına görə, 46 yaşlı mütəxəssis illik 480 min avro, yəni aylıq 40 min avro maaş alacaq. Bu, onun son klubu olan "Universitatya Krayova"dakı gəlirindən 3 dəfə çoxdur. İddia edilir ki, həmin klubda Regekampf aylıq 15 min avro maaş alıb. "Universitatya Krayova" Regekampfla müqaviləni vaxtından əvvəl ləğv etdiyi üçün ona 180 min avro təzminat ödəyəcək. Həmçinin qeyd edilib ki, Regekampf bu klubdan istefaya göndərildikdən cəmi 10 gün sonra "Neftçi" ilə müqavilə imzalayıb.

Digər xəbərlər