Azərbaycan güləşi Avropanın zirvəsində!

Digər, Güləş
20 İyun 2022 - 15:27
2022-ci ildə güləşdə uğurlu nəticələr sıralanır.
Supersport.Az-ın milli qurumun mətbuat xidmətinə istinadən məlumatına görə, yarışlar ölkəmiz üçün rekordlarla tarixə düşüb.

Bolqarıstan (U-23) və Macarıstanda (böyüklər) keçirilən qitə birinciliklərində qazanılan qələbələrin davamı Rumıniyada gəlib. 13-19 iyunda Buxarestdə keçirilən U-17 Avropa çempionatı Azərbaycan güləşi üçün tarixi nəticələrlə yadda qalıb.
Məsul yarışda ölkəmizi təmsil edən 26 idmançıdan 20-si fəxri kürsüyə qalxıb. Rumıniyada 9 dəfə himnimiz səslənib. Güləşçilərimizin 7-si gümüş, 4-ü isə bürünc medal qazanıb. Azərbaycan 3 növün cəmində həm medalların sayına, həm də əyarına görə 1-ci yeri tutub. Ukrayna (5-1-12) 2-ci pillədə, Türkiyə (4-7-4) isə 3-cü pillədə qərarlaşıb.
Azərbaycan güləşi adına əlamətdar olan rekordlar nəzər salaq:
1. Bu yaş qrupunda ilk dəfə 2 komandamız eyni vaxtda Avropa çempionu olub.
2. Hər 3 növdə komanda hesabında bu yaş qrupu üzrə güləş tariximizin ən yüksək xalı toplanılıb.
3. Yunan-Roma güləşində medalların sayına görə (8) yeni rekord müəyyənləşdirilib.
4. Sərbəst güləşdə medalların əyarına görə yeni rekord qeydə alınıb.
5. Azərbaycan 3 növün cəmində həm medalların əyarına, həm sayına, həm də ölkələrin ümumi sıralamasına görə öz rekordunu yeniləyib.