Bakının ən güclü cüdoçuları məlum olacaq

Bakının ən güclü cüdoçuları məlum olacaq
Digər, Cüdo
09 İyun 2022 - 13:23
Supersport.Az-ın məlumatına görə, U-23 qadınlar və kişilər arasında cüdo idman növü üzrə Bakı şəhər çempionatı keçiriləcək. Açılış mərasimi sabah 15:00-da başlayacaq.

Yarış 10-11 iyun tarixlərində Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində təşkil olunacaq. Çempionat Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə təşkilatçılığı ilə baş tutacaq. Yarışda paytaxtın müxtəlif klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 369 (339 kişi, 30 qadın) güclərini sınayıb, medallar uğrunda mübarizə aparacaqlar.

 

Digər xəbərlər