İlk gündə 6 medal

İlk gündə 6 medal
Digər, Cüdo
03 İyun 2022 - 09:13
Yunanıstanın Heraklion şəhərində usta cüdoçular arasında Avropa çempionatı başlayıb.

Supersport.Az-ın məlumatına görə, veteran cüdoçularımız qitə çempionatının birinci yarış gününü 6 (2 qızıl, 2 gümüş və 2 bürünc medal) medalla başa vurublar. Belə ki, qızıl medalları komandamızın aktivinə 90 kiloqram çəki dərəcəsində Fərhad Rəcəbli (M7) və Mübariz Cəfərov (M5) yazdırıblar. Müşviq Cəfərov (M5, 73 kq), Qabil Qasımov (M6, +100 kq) gümüş, Natiq Qasımov (M6, 81 kq) və Şamil Sövzəliyev (M8, 81kq) bürünc medal qazanıblar.

Digər xəbərlər