"Qarabağ" çempionluğu təmin edə bilər

"Qarabağ" çempionluğu təmin edə bilər
Futbol
02 May 2022 - 16:19
Sabah Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün çempionu məlum ola bilər.

Sportline.az xəbər verir ki, Ağdam klubu XXV turun ilk oyun günündə qızıl medalı təmin etməyə çalışacaq.

Konfrans Liqasına iddialı "Sabah"ı qəbul edəcək "Qarabağ"a doğma azarkeşləri önündə çempionluğu rəsmiləşdirmək üçün 1 xal da kifayət edəcək. Qələbə və ya bərabərlik Ağdam komandasını “Qarabağ”ı son 9 mövsümdə 8-ci, ümumilikdə isə 9-cu çempionluğuna qovuşduracaq.

"Qarabağ" heç-heçə etsə və qalan görüşlərdə uduzsa, "Neftçi" isə maksimum nəticə göstərsə, sonda xallar bərabərləşəcək. Bu halda şəxsi oyunlara baxılır ki, Ağdam klubu burada da üstündür. Çünki "köhlən atlar" mövsümün ilk üç dövrəsinin hər birində "ağ-qaralar"a qalib gəlib.

"Qarabağ" hətta uduzmaqla da çempion ola bilər. Bunun üçün isə "Neftçi" bu tur səfərdə "Sumqayıt"a qalib gəlməməlidir.

Digər xəbərlər