Məşhur klubdan maraqlı addım

Məşhur klubdan maraqlı addım
Futbol
17 Mart 2022 - 11:05
"Real Madrid" ukraynalılara bir milyon avro bağışlayıb.

Supersport.Az xəbər verir ki, "Kral klubu" "Real Madrid" fondunun martın 5-də başlatdığı "Hamı Ukrayna ilə birlikdə" kampaniyasına qoşulub.

"Real" ukraynalıların ehtiyaclarını yüngülləşdirməyə kömək məqsədiylə 1 milyon avro ödəyib.

Bundan başqa, fond Ukraynadan çıxan qaçqınlar üçün 13 mindən çox isti idman geyimi bağışlayıb.

Qeyd edək ki, Ukrayna millisinin qapıçısı Andrey Lunin "Real"ın şərəfini qoruyur.

Digər xəbərlər