Yanvarın 22-də Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev Respublika Velotrekində müxtəlif növlər – şose, trek, dağ velosipedi və BMX üzrə yığma komandaların baş məşqçiləri ilə görüşüb.
Supersport.Az xəbər verir ki, görüşdə qurumun rəhbəri və baş məşqçilər velosiped idmanında yüksək nailiyyətlərin əldə olunması yollarını müzakirə ediblər.