"Qarabağ"ın keçmiş hücumçusundan "Fənərbağça"ya fantastik qol - Video

"Qarabağ"ın keçmiş hücumçusundan "Fənərbağça"ya fantastik qol - Video
Futbol, Video
23 Yanvar 2022 - 20:09
"Qarabağ"ın keçmiş futbolçusu Pedro Enrike Türkiyə Super Liqasının tarixinə düşüb.

Supersport.Az xəbər verir ki, hazırda "Sivasspor"da çıxış edən braziliyalı oyunçu buna "Fənərbağça" ilə 1:1 hesablı heç-heçə etdikləri XXIII turda fərqlənməklə nail olub.

Pedro Henrique, Süper Lig'de ilk frikik golünü Fenerbahçe'ye attı

74-cü dəqiqədə cərimə zərbəsindən baxımlı qola imza atan 32 yaşlı Pedro İstanbul təmsilçisinə qarşı oynadığı son 3 matçın hamısında rəqibi məyus edib. "Sambaçı" bu qollardan birini "Kayserispor"un, ikisini isə "Sivasspor"un heyətində vurub. Enrike həmçinin Superliqada ilk dəfə cərimə zərbəsindən fərqlənib.


Qeyd edək ki, Pedro Enrike "Qarabağ"da 2017/2018 mövsümündə icarə əsasında çıxış edib.

Digər xəbərlər