Azərbaycan çempionatında yaranan fasilə ilə əlaqədar istirahətdə olan “Qarabağ”ın futbolçusu Marko Veşoviç İspaniyaya yollanıb.
Supersport.Az xəbər verir ki, monteneqrolu futbolçu La Liqanın 19-cu turunun “Atletiko” – “Rayo Valekano” (2:0) matçını tribunadan izləyib.
Veşoviç millidən komanda yoldaşı olduğu, “Atletiko”nun müdafiəçisi Stevan Saviçin dəvətilə oyunu izləyib. Matçdan sonra isə Monteneqro millisinin üzvləri stadionda görüşüb.