Türkiyə Super Liqasında növbəti baş məşqçi ayrılığı gerçəkləşib.
Supersport.Az xəbər verir ki, “Fənərbağça” Vitor Pereyra ilə yollarını ayırıb. Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Portuqaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Vitor Pereyra mövsümün əvvəlində “sarı-lacivərlilər”in baş məşqçisi təyin olunmuşdu.
17 turdan sonra 28 xal toplayan “Fənərbağça” Super Liqada 5-ci pillədədir.