Dünya qurumundan azərbaycanlı hakimə təşəkkür

Dünya qurumundan azərbaycanlı hakimə təşəkkür
Digər, Güləş
15 Dekabr 2021 - 08:27
Dünya Güləş Birliyi (UWW) Azərbaycanın olimpiya kateqoriyalı güləş hakimi Asif Şirəliyevə təşəkkür edib.

Supersport.Az xəbər verir ki, bu barədə UWW-nin rəsmi səhifəsində məlumat yayılıb.

Beynəlxalq federasiya Tokioda keçirilən Yay Olimpiya Oyunlarında və Norveçin paytaxtı Oslodakı dünya çempionatında uğurlu hakimliyi ilə yadda qalan referiyə minnətdarlıq edib.

Qeyd edək ki, Asif Şirəliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında idarəçilik edib. O, Osloda keçirilən dünya çempionatında iki final görüşündə hakimlik etməklə də yadda qalıb. Asif Şirəliyev I-S kateqoriyasına sahibdir.

Digər xəbərlər