"Qarabağ" "İmarət"də də uğurlar qazansın" - Bakının idman rəisindən Ağdamda açıqlama - Video

"Qarabağ" "İmarət"də də uğurlar qazansın" - Bakının idman rəisindən Ağdamda açıqlama - Video
Futbol, Eksklüziv, Video
08 Noyabr 2021 - 15:17
Supersport.Az-a açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Ağdamın "İmarət" stadionunda "Qarabağ" klubunun bu qurğuda da uğurlar qazanmasını arzuladığını bildirib.


"Rəbbimizə sonsuz şükürlər olsun ki, Ağdamımız, "İmarət"imizdəyik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Ali Baş Komandanımıza, Müzəffər ordumuza təşəkkür edirik. "İmarət"də qazilərimiz arasında qılıncoynatma yarışı keçirdik. Arzu edirik ki, futbolumuz da bu torpağa qayıtsın. İnşəAllah, "Qarabağ"ımız "İmarət"də gəlib oynasın, azarkeşlərimiz hamımızın sevdiyi komandanı qələbəyə səsləsin, davamlı uğurlar olsun. "İmarət"də Çempionlar, Avropa Liqasının qrup oyunları keçirilsin. Ümidvarıq ki, belə olacaq. Bura bərpa olunacaq, təmizlənəcək, düzələcək, yaşıl meydan yenidən səs-sədasını dünyaya salacaq. Çox həyəcanlı, təsiredici, tarixi günlər yaşayırıq. Çox insanlar bu dünyadan köçüb xoş anları görmədi. Onların da ruhları şad olsun ki, Ağdamdayıq, "İmarət"imizdəyik". 

Rəis, erməni işğalçılarını pisləyib, onların qəbir daşlarını, hər yeri dağıtğmasını, viran qoymasını vəhşilik adlandırb.

"Allahın izniylə hər birimiz Vətən naminə çalışmalıyıq. Azərbaycan xalqı dəmir yumruq olaraq birləşərək Qarabağımızı yenidən çiçəkləndirəcək. Ağdamımızı da yenidən tanınmış şəhərlər siyahısına salacağıq. Torpağımız oyanacaq, ağaclarımız yenə çiçək açacaq, bulaqlarımızın suyu yenə gurlaşacaq. Erməni vəhşiləri, onların havadarları bilsin ki, birimiz ölər, minimiz dirilərik. 44 günlük Vətən müharibəsində ordumuz gücünü, qəhrəmanlığını, qalib olduğunu göstərdi. Allaha şükürlər edirik. Eşq olsun, Ağdamımıza, Qarabağımıza, Azərbaycanımıza".

Xatırladaq ki, ordumuz Ağdamı 27 il sonra erməni terrorçularından azad edib. 

Anar Cəfərsoy

 

 

Digər xəbərlər