Mövlud Mirəliyev: "Olimpiadaya 3 il qalsa da, indidən ciddi hazırlaşırıq" - Video

Digər, Eksklüziv, Cüdo, Video
06 Noyabr 2021 - 09:29
Supersport.Az-a açıqlamasında Azərbaycanın cüdo üzrə milli komandasının baş məşqçisi Mövlud Mirəliyev Bakı "Böyük Dəbilqə" turnirinin ilk günündə idmançılarımızın iştirakına qiymət verib.
"İdmançılarımız yaxşı çıxış etdilər. Ancaq bundan da uğurlu nəticə göstərmək olardı. Parisdə 60 kq-da birinci olan Balabəy Ağayev Bakıdakı turnirdə texniki səhvə yol verərək məğlub oldu. Digər cüdoçularımızdan medal gözləyirik. 73kq-da Rüstəm Orucov, Hidayət Heydərovdan və başqalarından. 81 kq-da gənclərimiz mübarizə aparacaq".
Mütəxəssis, Paris Olimpiadasına üç il qalsa da, artıq indidən ciddi hazırlıq getdiyini bildirib:
"Növbəti olimpiadaya 3 il qalsa da, indidən yarışa ciddi hazırlaşırıq. Yarışlar lisenziya xalları verir. 2024-cü ildə Paris Olimpiadasında ölkəmizə mümkün qədər çox medal qazandırmağa çalışacağıq".
Xatırladaq ki, Bakıda "Böyük Dəbilqə" yarışının ilk günü Orxan Səfərov (66 kq) qızıl, qadın cüoçu İçinxorlu Muntsxedev (57 kq) gümüş, Rövşən Əliyev (60 kq) bürünc medal qazanıb.