Azərbaycandan ilk gün 3 medal
Digər, Cüdo
05 Noyabr 2021 - 20:23
Supersport.Az-ın məlumatına görə, Heydər Əliyev adina İdman Sarayında keçirilən Bakı "Böyük Dəbilqə" turnirinin ilk günündə Azərbaycan cüdoçuları 3 medal qazanıblar.
Təmsilçilərimizdən Rövşən Əliyev bürünc medal görüşünə çıxıb. 60 kq-da mübarizə aparan idmançı monqolustanlı Sumiyabazar Enktaivanla qarşılaşıb. Rəqibinə cərimə xalları hesabına qalib gələn Rövşən Əliyev Azərbaycan yığmasına yarışın ilk medalını qazandırıb.
Orxan Səfərov "Böyük Dəbilqə"də qızıl medala sahib olub. 66 kq-da çıxış edən idmançı finalda moldovalı Denis Vieruya ipponla qalib gələrək çempion olub.
Azərbaycanın qadın cüdoçusu İçinxorlu Muntsxedev 57 kq çəki dərəcəsində finalda yaponiyalı Momo Tamaoki ilə qarşılaşıb. Rəqibinə ipponla uduzan Muntsxedev gümüş medalla kifayətlənib.
Beləliklə, Azərbaycan cüdoçuları ilk yarış gününü 3 medalla başa vurublar.