Azərbaycan cüdoçusu Orxan Səfərov Bakıda keçirilən “Böyük Dəbilqə”də final görüşünə çıxıb.
Supersport.Az xəbər verir ki, 66 kq-da çıxış edən idmançı həlledici görüşdə moldovalı Denis Vieru ilə qarşılaşıb. O, rəqibinə ipponla qalib gələrək çempion olub.
Qeyd edək ki, daha əvvəl Rövşən Əliyev yarışda bürünc medal qazanıb.