Azərbaycan mötəbər yarışda 33 idmançıyla mübarizə aparacaq

Azərbaycan mötəbər yarışda 33 idmançıyla mübarizə aparacaq
Digər, Cüdo
04 Noyabr 2021 - 00:37
Supersport.Az-ın məlumatına görə, noyabrın 5-7-də Bakıda keçiriləcək cüdo üzrə "Böyük dəbilqə" turnirində Azərbaycanın 33 idmançısı iştirak edəcək.

Kişilər arasında təşkil olunacaq yarışda Balabəy Ağayev, Rövşən Əliyev, Əhməd Yusifov, Turan Bayramov (60 kq), İbrahim Əliyev, Orxan Səfərov, İsmayıl İbrahimov, Tofiq Məmmədov (66 kq), Hidayət Heydərov, Rüstəm Orucov, Telman Vəliyev, Rüfət Məmmədov (73 kq), Elcan Hacıyev, Ömər Rəcəbli, Kərim Məmmədov, Hasil Cəfərov (81 kq), Rüfət İsmayılov, Vüqar Talıbov, Məmmədəli Mehdiyev (90 kq), Adil Kərimli, Ruslan Nəsirli (100 kq), Kənan Abdullaxanlı, Uşangi Kokauri, Camal Feyziyev və Hüseyn Məmmədov (+100 kq) güclərini sınayacaqlar.

Qadınların mübarizəsində isə Aişə Qurbanlı, Şəfəq Həmidova (48 kq), Zeynəb Məmmədova, Ülviyyə Bayramova (52 kq), Aytac Qardaşxanlı (63 kq), Günel Həsənli və Südabə Ağayeva (70 kq) medallar uğrunda yarışacaqlar.

Qeyd edək ki, Bakıda "Böyük dəbilqə" turnirində 30 ölkədən 201 cüdoçu  (130 kişi, 71 qadın) qalib adı uğrunda mübarizə aparacaq.

Digər xəbərlər