"Qarabağ" qitə turnirində birincidir

"Qarabağ" qitə turnirində birincidir
Futbol
22 Oktyabr 2021 - 20:48
UEFA Konfrans Liqasının qrup mərhələsinin III turundan sonra statistik göstəricilər açıqlanıb.

Supersport.Az xəbər verir ki, "Qarabağ" 3 oyundan sonra turnirdə topa ən çox nəzarət edən klubdur.

Ağdam təmsilçisi 64 faiz göstərici ilə bu nominasiyada liderdir.

Niderlandın AZ (59.7) komandası ikinci, Çexiyanın "Slaviya" (Praqa) (58,7) klubu isə üçüncü sıradadır.

Bundan əlavə, "köhlən-atlar" 3 qarşılaşmada 84,7 faiz dəqiq ötürmə ilə oynayıb. Qurban Qurbanovun baş məşqçi olduğu komanda bu göstəricidə 5-cidir.

Azərbaycan təmsilçisi bütün görüşlərdə 54 dəfə qol epizodu yaradıb ki, bu da turnirdəki komandalar arasında 3-cü nəticədir.

Digər xəbərlər