Qurban Qurbanov: "Bu, məni narahat edir" - Video

Qurban Qurbanov: "Bu, məni narahat edir" - Video
Futbol, Video
20 Oktyabr 2021 - 13:27
Supersport.Az "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Konfrans Liqasının 3-cü turunun "Kayrat"la matçından əvvəl mətbuat konfransını videogörüntüyə alıb.


Təcrübəli mütəxəssis Almatı klubuna qarşı keçiriləcək oyun haqda bunları deyib:

"Oyuna ciddi yanaşırıq. Məsuliyyət daha da böyüyür. Nəticə çox vacibdir. Çünki hazırkı mərhələdə istənilən xal vacibdir. Gördüyüm qədərilə rəqib də oyuna ciddi yanaşır. "Kayrat"ın "Bazel"lə oyununa baxmaışam. Hesab aldadıcı ola bilər, oyun fərqli alınmışdı. Hətta "Kayrat" 0:4-dən sonra hesabı da bərabərləşdirə bilərdi. Onların heyətində təcrübəli oyunçular yetəri qədərdir. Hücum potensialları yüksəkdir. Qalib gəlmək istəyirik. İstəyimiz yetərincədir. Qələbə üçün əlimizdən gələni edəcəyik. Futbolçularıma inanıram.

- Sabahkı oyun "Bazel"lə matçdakı kimi eyni tempdə keçəcək, yoxsa daha səbrlə oynayacaqsınız?

- Onların futbolu fərqlidir. "Kayrat" yaxşı müdafiə olunub, cəld əks-hücuma çıxır. Müdafiədə diqqətli olmalıyıq. Səbrli olub, tələsməməyə çalışacağıq. Hər saniyə oyuna konsentrasiyalı olmalıyıq. Oyunun tempini yüksəltməyə çalışacağıq.

- Qurban Berdıyevin futbolumuzu bilməsi işinizi çətinləşdirir?

- Həmkarıma hörmətlə yanaşıram. Onun Rusiyada uğurlu karyerası olub, böyük təcrübəsi var. Berdıyevlə şəxsi tanışlığım yoxdur. Amma eşitmişəm ki, o, heç bir oyuna qeyri-ciddi yanaşmır. Hansı komanda ilə oynayırlarsa-oynasınlar onun üçün vacib görüş olur. Təcrübəli məşqçinin komandasına qarşı oynayacağıq. Diqqətli olmalıyıq.

- Nəyə görə son məşqi Tofiq Bəhramov stadionunda keçirmədiniz?

- Meydança pis görünmür. Hər 2 komanda burada məşq edərsə, qazon yaxşı durumda olmaya bilər. Qazon daha da yaxşılaşır. Açığı, bu qədər yaxşı olacağını gözləmirdim. Hələ tam hazır deyil.

- Həftəsonu "Kayrat"ın "Astana" ilə prinsipial oyunu var...

- Düşünmürəm ki, onlar hazırda bu oyun haqda fikirləşsin. Çünki futbolda belə şeylər qalmayıb. Əslində, onlar üçün çempionluq şansı qalmadığından, "Astana" matçı o qədər də önəmli deyil. Sabahkı oyun bizim üçün də, "Kayrat" üçün də vacibdi.

- "Qarabağ"ın bu mövsüm məğlub olmaması komandada təzyiq yaradır?

- Bu, məni narahat edir. Bir tərəfdən sevinirəm, komandamız haqda xoş sözlər eşidirəm. Amma bəzi məqamlar komandaya təzyiq edir. Nə vaxt uduzacağımızı düşünməyə başlayırlar. Bu barədə nə qədər çox yazsalar, bizə təsir edir.

Digər xəbərlər