Türkiyə futbolunda istefa tələbi

Türkiyə futbolunda istefa tələbi
Futbol
09 Oktyabr 2021 - 11:22
Supersport.Az-ın məlumatına görə, dünya çempionatının seçmə mərhələsində Türkiyə millisinin Norveç yığmasıyla qollu heç-heçə etməsi azarkeşlərini qəzəbləndirib.

Türk fanatlar Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir, İdarə Heyətinə kəskin etirazını bildirib, "Rəhbərlik istefa" şüarını səsləndiriblər.

Qeyd edək ki, Avropa zonasında "G" qrupunda Niderland 16 xalla lider, Norveç 14 xalla ikinci, Türkiyə yığması 12 xalla üçüncüdür.

Digər xəbərlər