Şəhidlərə həsr olunmuş yarış

Şəhidlərə həsr olunmuş yarış
Karate, Digər
27 Sentyabr 2021 - 15:00
Azərbaycan Milli Karate Federasiyası (AMKF) və Azərbaycan Karate Təşkilatının (AKT) Vətən müharibəsinin Anım günü və Zəfərin ildönümünə həsr etdiyi karate üzrə Bakı şəhər birinciliyi və çempionatı keçirilib.

Supersport.Az xəbər verir ki, kata və kumite üzrə fərdi yarışlar 8-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, AMKF və AKT-nin müvafiq diplom və medalları uğrunda mübarizə aparıblar.

Karate ilə yeni məşğul olanlar və daha təcrübəli idmançılar arasında yarışda paytaxt və regionlardan 20-dan artıq klubu təmsil edən 200-dək oğlan və qız iştirak edib.

Digər xəbərlər