Mahir Emrelidən əla qol - Video

Mahir Emrelidən əla qol - Video
Futbol, Video
20 Sentyabr 2021 - 07:38
Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşa Ekstraklassasında 8-ci turun oyununu keçirib.

Supersport.Az xəbər verir ki, komandası hesabda 2:1 öndə olarkən əvəzetmədən oyuna qoşulan Emreli 79-cu dəqiqədə "Qornik"in qapısına yol tapıb. Beləliklə, "Legiya" oyundan 3:1 hesabı ilə qalib ayrılıb.

Bu, Mahirin Polşa çempionatında ilk, "Legiya"da rəsmi görüşlərdəki ümumilikdə 5-ci qoludur.


Qeyd edək ki, rəqiblərindən iki oyun az keçirən "Legiya" hazırda 9 xalla 12-ci pillədədir.

Digər xəbərlər