Millimizin baş məşqçisi Mahir Emrelini də izləyəcək

Futbol
08 Avqust 2021 - 14:09
Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi Polşaya səfərə yollanıb.
Supersport.Az xəbər verir ki, səfərin məqsədi karyeralarını bu ölkədə davam etdirən Azərbaycan milli komandasının üzvləri Mahir Emreli ilə Anton Krivotyukun çıxış etdiyi komandaların oyunlarını izləməkdir.
Anton Krivotsyukun çıxış etdiyi “Visla Plock” klubu avqustun 9-də Polşa çempionatının 3-cü turunda “Radomiak” klubu ilə qarşılaşacaq.
Mahir Emrelinin formasını geyindiyi “Legia” isə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində avqustun 10-da “Dinamo” (Zaqreb, Xorvatiya) klubu ilə üz-üzə gələcək (AFFA).