Bu gün Azərbaycanın iki sərbəst güləşçisi Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Supersport.Az xəbər verir ki, kişilərin yarışında əvvəlcə Şərif Şərifov (97 kq) 1/8 finalda Abdulrəşid Sadullayevlə (Rusiya) üz-üzə gəlib.
Şərifov rəqibinə 0:5 hesabı ilə uduzub. Sadullayev finala yüksəlsə, Azərbaycan güləşçisi təsəlliverici görüşə qatılacaq.
65 kq-da çıxış edən Hacı Əliyev isə 1/8 final mərhələsində seneqallı Adama Diatta ilə üz-üzə gəlib. Rəqibinə 4:0 hesabı ilə qalib gələn Əliyev 1/4 finala vəsiqə qazanıb. O, bu raundda qazaxıstanlı Daulet Niyazbekovla güləşib. Rəqibinə 9:1 hesabı ilə qalib gələn Əliyev yarımfinala vəsiqə qazanıb.
Hacı yarımfinalda hindistanlı Bacranq Puniya ilə qarşılaşıb və rəqibinə 12:5 qalib gəlib.
Sabah 14:30 Hacı Əliyev finalda yaponiyalı Takuto Otoquro ilə üz-üzə gələcək.