Mahirli "Legiya"dan növbəti qələbə

Mahirli "Legiya"dan növbəti qələbə
Futbol
22 İyul 2021 - 01:00
Milli komandamızın hücumçusu Mahir Emreli Çempionlar Liqasında növbəti oyuna çıxıb.

Supersport.Az xəbər verir ki, onun çıxış etdiyi "Legiya" (Polşa) yarışın 2-ci təsnifat mərhələsində Estoniya çempionu "Flora" ilə qarşılaşıb.

Varşavada keçirilən oyun "Legiya"nın qələbəsi ilə başa çatb - 2:1. Start heyətdə meydana çıxan Mahir 56-cı dəqiqədə əvəzlənib.

"Legiya" (Polşa) - "Flora" (Estoniya) - 2:1


Qollar: Kapustka, 3 (1:0), Sappinen, 53 (1:1), Lopes, 90+1

Komandalar arasında cavab matçı iyulun 27-də Estoniyada keçiriləcək.
Xatırladaq ki, M.Emreli üçün 1-ci təsnifat mərhələsi uğurlu olub. O, "Bodo Qlimt"lə (Norveç) oyunlarda 2 qol vurub, 1 qolun isə ötürməsini edib.

Digər xəbərlər