“Mahir Emreli üzərinə düşəni etdi” - “Legiya”nın baş məşqçisi

“Mahir Emreli üzərinə düşəni etdi” - “Legiya”nın baş məşqçisi
Futbol
08 İyul 2021 - 06:44


Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının birinci təsnifat mərhələsində Norveçin “Bodo Qlimt” klubunu məğlub edən Polşa “Legiya”sının baş məşqçisi Çeslav Mixneviç qələbəni şərh edib.

Mütəxəssis dubla imza atan Mahir Emrelidən razı qaldığını bildirib.

“Hər iki komanda çox yaxşı oyun göstərdi. Rəqibi yaxşı təhlil etmək üçün çox vaxt sərf etmişdik. Oyundan əvvəl yağış olması çətinlik törətsə də, ümumilikdə meydança yaxşı idi. Rəqibə təşəkkür edirəm. Komandam xoş təsir bağışladı, qalib gəldi. Mahir Emreli üzərinə düşəni etdi, iki qol vurdu. Həmişə hücumçuların müdafiəyə kömək etməsini istəyirəm. Mahir Emreliylə danışıb daha yaxşı oynamasına çalışacağıq. Cavab oyunu fərqli olacaq. Çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Futbolçularıma qarşıdakı oyunun daha ağır keçəcəyini dedim. Azarkeşlərimizin qarşısında matçı səbirsizliklə gözləyirik”.

Resim

Digər xəbərlər