Qurban Qurbanov: “Rəqib bizə tanış deyil”

Qurban Qurbanov: “Rəqib bizə tanış deyil”
Futbol
16 İyun 2021 - 16:39
“Qarabağ” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Aşdod”la qarşılaşacaq.

Supersport.Az-ın Ağdam klubunun saytına istinadən məlumatına görə, baş məşqçi Qurban Qurbanov püşkü dəyərləndirib:

“UEFA Konfrans liqası yeni turnirdir. İlk dəfə təşkil olunan turnirə tam məsuliyyətlə yanaşmalıyıq. Bizim üçün bu turnir ilk təcrübədir. Daha əvvəl İsrail təmsilçiləri ilə qarşılaşmışıq. Məncə, bu ölkənin çempionatının səviyyəsi hər kəsə bəllidir. Çox güclü klubları var. Təsdüfi deyil ki, mövsümü 3-cü pillədə başa vurublar. Amma “Aşdod” bizə tanış deyil və daha əvvəl qarşılaşmamışıq. Bu gündən etibarən rəqibi daha yaxından tanımağa, güclü və zəif tərəflərini araşdırmağa başlayacağıq. Rəqibi yaxından izlədikdən və araşdırdıqdan sonra ətraflı danışmaq olar. Bu turnirdə də azarkeşlərimizi sevindirmək istəyirik”.

Digər xəbərlər