Türkiyə - Azərbaycan oyununun vaxtı

Türkiyə - Azərbaycan oyununun vaxtı
Futbol
05 May 2021 - 16:13
Azərbaycan və Türkiyə milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun başlama saatı müəyyənləşib.

Supersport.Az xəbər verir ki, mayın 27-də Alanyadakı Oba stadionunda oynanılacaq matça Bakı vaxtı ilə 21:00-da start veriləcək.

Canni De Byazinin başçılıq etdiyi kollektiv “ay-ulduzlular”la qarşılaşmadan sonra – iyunun 2-də Minsk şəhərində Belarus, iyunun 6-da isə Kişinyovda Moldova yığması ilə üz-üzə gələcək.

Digər xəbərlər