Güləşçimiz finalda erməni rəqibini məğlub etdi

Güləşçimiz finalda erməni rəqibini məğlub etdi
Digər, Güləş
01 May 2021 - 14:47
Sərbəst güləşçimiz Cəbrayıl Hacıyev Rusiyanın Yakutsk şəhərində olimpiya, dünya və Avropa çempionu Roman Dmitriyevin xatirə turnirində qızıl medal qazanıb.

Supersport.Az AGF-yə istinadən xəbər verir ki, 70 kq çəki dərəcəsində yarışan idmançı finalda Rusiyanı təmsil edən erməni güləşçi Arsen Balayanla qarşılaşıb. Rəqibini 5:3 hesabı ilə məğlub edən Hacıyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

65 kq-da çıxış edən Sabir Cəfərov isə finalda Danil Xarçilavaya (Rusiya) 0:5 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.

Qeyd edək ki, xatirə turnirinə 3 güləşçi ilə qatılan Azərbaycan yığması yarışı 1 qızıl və 1 gümüş medalla başa vurub.

Digər xəbərlər