Dino Ndlovu "Qarabağ"a qayıtmağa müsbət yanaşır

Dino Ndlovu "Qarabağ"a qayıtmağa müsbət yanaşır
Futbol
16 Aprel 2021 - 01:05
Çinin I Divizionunda çıxış edən “Hançjou Qrintaun” klubundan ayrılan Dino Ndlovu karyerasını yenidən "Qarabağ"da davam etdirə bilər.

Supersport.Az xəbər verir ki, koronavirus pandemiyasına görə Çinə qayıtmayan futbolçu klubu ilə müqaviləsini ləğv edib və azad agent statusuna yiyələnib.



"Qarabağ"ın azarkeşləri Dinonun fotolarını paylaşmaqla onun geri dönməsini arzulayıblar. Cənubi afrikalı futbolçu onlardan bəzilərini hekayə bölümünə yerləşdirib. Onun bu addımı “Qarabağ”a qayıtmasının əleyhinə olmadığına işarə olub.

31 yaşlı forvard Çin I Liqasında keçirdiyi 60 oyunda 40 qol vurub, 7 məhsuldar ötürmə edib.

2016-2017-ci illərdə “Qarabağ”da oynamış hücumçu 32 oyunda 17 qol vurub.

Digər xəbərlər