Millimiz qrup lideri olaraq final mərhələsində

Futzal, Futbol
08 Aprel 2021 - 20:36
Supersport.Az-ın məlumatına görə, Azərbaycanın futzal milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Slovakiya yığmasıyla qarşılaşıb.
Levice şəhərindəki Levice İdman zalında keçirilən oyun 1:1 hesabı ilə başa çatıb. Millimizin heyətində Everton Cardoso fərqlənib. Xallarının sayını 13-ə yüksəldən millimizin qrupu ilk pilədə başa vuracağı qətiləşib.
Seçmə mərhələnin son oyununda millimiz aprelin 14-də, Bakı İdman Sarayında Yunanıstan yığması ilə üz-üzə gələcək.