Millimizin məşqçisindən erməniyə "qardaş" deyənə münasibət: "Onu öldürmək lazım deyil"- Video

Millimizin məşqçisindən erməniyə "qardaş" deyənə münasibət: "Onu öldürmək lazım deyil"- Video
Futbol, Video
01 Aprel 2021 - 00:29
Supersport.Az Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazinin millinin üzvü Aleksey İsayevin ötən günlərdə erməni birinə "qardaşım" deyərək, müraciət etməsinə münasibət bildirdiyi məqamı videogörüntüyə alıb.

"Aleksey böyük səhv etdiyini başa düşüb. Buna görə onu öldürmək lazım deyil, hələ cavandır. Səhvini tez başa düşdü və tez paylaşımını sildi" - deyə, italiyalı mütəxəssis söyləyib.


Qeyd edək ki,DÇ-2022-nin seçmə mərhələsinin ilk oyununda Portuqaliyaya məğlub olan Azərbaycanın milliləşdirilmiş futbolçu Aleksey İsayev üçün də əlamətdar olub. "Sabah"ın yarımmüdafiəçisi matçın 2-ci hissəsində meydana daxil olmaqla yığmamızda debüt edib. Alekseyi bu münasibətlə sosial şəbəkələrdə təbrik edən insanlar olub.

İsayev erməni dostu Erik Avetyanın xoş sözlərini insatqram hesabında paylaşıb. Lakin milliləşdirilmiş futbolçunun bu addımı azarkeşlərin qəzəblənməsinə səbəb olub və o, məlum səbəbdən sonradan paylaşımı silmək məcburiyyətində qalıb.

Нет описания.

 

Digər xəbərlər