Cüdoçuların rəqibləri müəyyənləşdi

Cüdoçuların rəqibləri müəyyənləşdi
Digər, Cüdo
26 Mart 2021 - 01:11
Gürcüstanın paytaxtı Tbilisidəki Böyük Dəbilqədə iştirak edəcək Azərbaycan cüdoçularının ilk rəqibləri məlum olub.

Yarışda 80 ölkənin 465 idmançısı mübarizə aparacaq.

Supersport.Az xəbər verir ki, bütün çəki dərəcələrində püşkatma mərasimi keçirilib.

İlk yarış günündə Kəramət Hüseynov, Oruc Vəlizadə (hər ikisi 60 kq), Yaşar Nəcəfov ( 66 kq) Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Şəfəq Məmmədova qüvvəsini sınayacaq.


İkinci gündə Zelim Tskayevlə Murad Fətiyev (hər ikisi 81 kq), sonuncu gündə isə Aslan Mirzəyev (100 kq) və Uşangi Kokauri (+100 kq) yarışacaq.


Bu gün start veriləcək turnir üç gün davam edəcək.


60 kq

1/16 final Oruc Vəlizadə - Oleq Veredıba (Ukrayna)

1/16 final. Kəramət Hüseynov - Rodriqo Lopes (Portuqaliya)


66 kq

1/16 final. Yaşar Nəcəfov - Orlando Polanko (Kuba)


81 kq

1/32 final. Murad Fətiyev - Din Gemer (İsrail)

1/32 final. Zelim Tskayev - Kenni Bedel (İtaliya)


100 kq

1/32 final. Aslan Mirzəyev - Reda Nafva (Qətər)


+100 kq

1/8 final. Uşangi Kokauri - Qalımjan Krikbay (Qazaxıstan) / Cemal Erdoğan cütünün qalibi


Qadınlar


48 kq

1/16 final. Aişə Qurbanlı - Marusa Stanqar

1/16 final. Leyla Əliyeva - Gülkader Şentürk


52 kq

1/16 final. Gültac Məmmədəliyeva - Anjelika Delqado (ABŞ)

1/16 final. Şəfəq Məmmədova - Yasmin Cavadyan (Böyük Britaniya)

Digər xəbərlər