Yığmalarımızın lisenziya turnirinə heyəti

Yığmalarımızın lisenziya turnirinə heyəti
Digər, Güləş
13 Mart 2021 - 07:17
Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan millisinin Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat Turniri üçün heyəti açıqlanıb.

Supersport.Az xəbər verir ki, yarışda sərbəst güləşçilərdən İslam Bazarqanov (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq), Camaləddin Məhəmmədov (125 kq) mübarizə aparacaq. Onlar baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Budapeştə yollanacaq.

Yunan-Roma güləşçilərindən heyətdə Murad Məmmədov (60 kq), İslambek Dadov (67 kq), Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) yer alıb. İdmançılar baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında çıxış edəcəklər.

Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev yığma üzvləri ilə görüşüb və ilin ilk lisenziya turnirində əksər çəkilərdə olimpiadaya vəsiqə qazanılacağına inandığını bildirib. O, güləşçiləri bu fürsətdən yararlanmağa çağırıb və onlara məsul yarışda uğurlar arzulayıb.

Qeyd edək ki, Avropa Olimpiya Təsnifat Turniri 18-21 martda olacaq.

Digər xəbərlər