Ramin Musayev: “Şuşa, Kəlbəcər, Qubadlı, Laçının komandaları olmalıdır”

Ramin Musayev: “Şuşa, Kəlbəcər, Qubadlı, Laçının komandaları olmalıdır”
Futbol, Eksklüziv
05 Mart 2021 - 22:13
PFL PREZİDENTİ SPONSORLARA DƏSTƏK VERDİ

Supersport.Az-a açıqlamasında "ağıllı" hakimlik sistemini kəşf edən azərbaycanlı məşhur ixtiraçı Sirus Paledi “Şuşa Qalası”na sponsorluq etmək istədiyini bildirib. Tanınmış işadamı, ölkə prezidenti İlham Əliyevlə AFFA rəhbərliyindən Şuşa komandasına xüsusi diqqət göstərməyi xahiş edib.

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Supersport.Az-a deyib ki, futbolumuza kömək edən və bu istəkdə olan şəxsləri dəstəkləyir.

“Bizə doğru bir addım gələnlərə iki addım gedirik. Şuşa komandasına kömək etmək niyyətində olan işadamı Sirus Paledinin istəyini müsbət qiymətləndirirəm. Şuşa təmsilçisiylə yanaşı, Kəlbəcər, Qubadlı, Laçın və başqa bölgələrin klubları da olsa çox gözəl, möhtəşəm olar. Yeni formalaşdırılacaq komandaların birinci divizionda iştirak etməsini istəyirəm. Allah, prezident, Ali Baş Komandan İlham Əliyevə ömür versin. İşğaldan azad olunan bölgələrimizdə bərpa işləri aparılsın, yaşayış olsun, stadion tikilsin. O vaxta kimi komandalara sponsorluq edən olsa, iki əlli, onlara böyük məmnuniyyətlə dəstək, kömək olmağa hazırıq. Bunu özümüzə borc hesab edirik. Bu, alınarsa bizə şərəf, fəxr, futbolumuzun da inkişafına təkan olar. Yarışlarda iştirak həmin bölgələri dünyaya tanıtmaq baxımından böyük təbliğatın hissəsinə çevrilər”.

Digər xəbərlər