Mübariz Mənsimov azadlıqda - Foto

Mübariz Mənsimov azadlıqda - Foto
Futbol
05 Mart 2021 - 20:54
“ŞƏHİD AİLƏLƏRİNƏ, MİNLƏRLƏ TƏLƏBƏYƏ KÖMƏK ETDİM”

Bu gün İstanbul Ədliyyə Sarayında FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı, "Xəzər Lənkəran" klubunun fəxri prezidenti Mübariz Mənsimovun məhkəməsi keçirilib. Proses zamanı 9 vəkil də iştirak edib.

Supersport.Az xəbər verir ki, məhkəmə prosesində şahidlər dindirilib, daha sonra Mənsimova söz verilib. O, ifadəsində ona qarşı irəli sürülən ittihamları qəbul etməyərək bəraətini istəyib.

Qərara əsasən, Mübariz Mənsimov məhkəmə nəzarəti altında ev dustaqlığına buraxılıb. Tanınmış işadamına 7-15 il həbs istənilirdi. Bu şəxsə 5 il şərti cəza verilib.

M.Mənsimov son ifadəsində deyib:

“Bu adam (Fethullah Gülen) saxtakardır. Ömür boyu xeyirxah işlər gördüm. Fethullah Gülənlə təşkilatına heç bir kömək etməmişəm. 20 min tələbəyə təqaüd verdim. Mən dövlətdən kənar kiməsə yardım etmədim. Nazirliklərə, şəhid ailələrinə kömək etdim. Ədalətin təmin olunmasını istəyirəm. Türkiyəni sevirəm, qovsanız da getməyə yerim yoxdur. Atam xəstədir, müalicəsində onunla olmalıyam. Gəmilərim aylardır limanlarda gözləyir, işçilər uzun müddət maaş almır. Azadlığa buraxılmağımı istəyirəm”.

Qeyd edək ki, martın 3-də İstanbul Cümhuriyyət Prokurorluğu iş adamının məhkəmə nəzarəti altında şərti azadlığa buraxılması ilə bağlı vəsatət verib.

M. Mənsimov ötən ilin martında FETÖ işi üzrə aparılan istintaq çərçivəsində həbs olunmuşdu.

Digər xəbərlər