Qurban Qurbanov: "Məğlubiyyətdən düzgün nəticə çıxarılmalıdır" - Video

Qurban Qurbanov: "Məğlubiyyətdən düzgün nəticə çıxarılmalıdır" - Video
Futbol, Video
02 Mart 2021 - 21:57
Supersport.Az Azərbaycan Premyer Liqasının 18-ci turunda "Qəbələ"yə qarşı keçirdikləri şərh edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun fikirlərini videogörüntüyə alıb.


Ağdam klubunun çalışdırıcısı 3:0 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

- Pis oyun alınmadı. Oyunun tepmi sona qədər düşmədi. İlk hissədən sonra rəqib hesabda geri olsa da, yaxşı oyununu sona kimi saxladı. Rəqibə uğurlar arzu edirəm. Futbolçularımdan razı qaldım, çox istəkli idilər və düzgün oynamağa çalışırdılar. Bəzən bizim 3-4 qolluq oyunlarımız olur, bəzən də qol vurmağa çətinlik çəkirik. Bu da rəqiblərin bizə qarşı daha diqqətli olmasından irəli gəlir. Qarşıda vacib oyunlarımız var.

- "Neftçi"yə məğlubiyyətdən sonra komandada oyun baxımından irəliləyiş hiss olunur. Bunun "Qarabağ"ı "qış yuxusu"ndan ayıltdığını demək olar?

- Bəzən belə oyunların müsbət təsiri olur. Bizim "Neftçi"yə kimi oyunlarımızda da məhsuldarlığımız pis deyildi. Sadəcə, bəzən belə derbilərdə düşünmədiyin nəticə olur və bu da futbolçulara psixoloji təsir edir. Bəlkə də, həmin məğlubiyyətin komandaya faydalı olduğunu mövsümün sonunda görəcəyik. Tam deyə bilmərəm ki, o uğursuzluğun çox qol imkanları yaratmağımıza təsiri olub. Məğlubiyyətdən düzgün nəticə çıxarılmalıdır.

- Penaltini Filip Ozobiçin yerinə yetirməsinə əvvəldən qərar verilmişdi?

- Bəli, paltardəyişmə otağında artıq qərar verilmişdi ki, penalti olacağı halda onu kim yerinə yetirəcək.

Digər xəbərlər