Millimiz qələbəylə başladı

Millimiz qələbəylə başladı
Futzal, Futbol
29 Yanvar 2021 - 20:14
Futzal üzrə Azərbaycan millisi bu gün qitə yarışına start verib.

Supersport.Az xəbər verir ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb. Komandamız 3-cü qrupun ilk matçında Slovakiyanı qəbul edib. Oyunun birinci hissəsində komandalar hərəyə bir dəfə fərqləniblər. Yığmamız hesabı açsa da, bu üstünlüyünü qoruya bilməyib. Görüşün ikinci hissəsi də elə yüksək tempdə keçməyib. Anton Brunovski qırmızı vərəqə aldığı üçün slovakiyalılar iki dəqiqə azlıqda çıxış etsə də, millimiz bundan yararlana bilməyib. Buna baxmayaraq, sona yaxın təzyiqi artıran Joze Alesionun kollektivi ardıcıl üç qol vuraraq, seçmə mərhələyə qələbə ilə başlayıb.

Millimiz növbəti oyununu fevralın 2-də səfərdə Yunanıstana qarşı keçirəcək.

Avropa çempionatının seçmə mərhələsi

3-cü qrup 1-ci tur

29 yanvar 18:00. Azərbaycan – Slovakiya - 4:1

Qollar: Bonilho, 4.22, Everton Kardoso, 37.59, Xətai Bağırov, 39.36, İsa Atayev, 39.57 - Draxovski, 14.56 (avtoqol)

Bakı İdman Sarayı

Digər xəbərlər