"Neftçi" Yusuf Lavalsız məşq edir

"Neftçi" Yusuf Lavalsız məşq edir
Futbol
17 Yanvar 2021 - 20:11
"Neftçi" təlim-məşq toplanışını davam etdirir.

Supersport.Az xəbər verir ki, dünən İdman Akademiyasında fiziki testdən keçən komanda üzvləri proqrama uyğun olaraq bu gün bir məşqlə kifayətləniblər.

Klubun təlim-məşq bazasında baş tutan hazırlıq prosesində Yusuf Lavaldan başqa bütün futbolçular iştirak ediblər.

Qeyd edək ki, toplanış çərçivəsində yanvarın 10-da "Kəpəz" (1:0), 14-də "Keşlə" (4:3) ilə qarşılaşan "Neftçi" qış fasiləsindən sonra ilk rəsmi oyununu ayın 21-də keçirəcək. Komanda həmin gün saat 16:00-da "ASCO Arena"da "Səbail"in qonağı olacaq.

Digər xəbərlər